[:az]Redaktorunun həyətyanı sahəsinin hasarı qanunsuz sökülüb[:]

tərəfindən Gozetci

[:az]Martın 3-də gecə SOCAR-ın boru kəmərlərinin mühafizəsi xidmətinin əməkdaşları realliq.info saytının baş redaktoru İkram Rəhimovun Mehdiabad qəsəbəsindəki həyətyanı sahəsinə girərək daş hasarı söküblər.

Hadisə törədilən zaman redaktor evdə olmayıb. Səhər mühafizə xidmətinin əməkdaşları İ.Rəhimova bildiriblər ki, bunu Rahib adlı rəisin göstərişi ilə ediblər. İ.Rəhimovun sözlərinə görə, rəis jurnalistin onun yanına gəlməsini tələb edib.

İ.Rəhimov DİN-in 102 xidmətinə zəng edib, ancaq hadisə yerinə polisə gəlməyib. Redaktor SOCAR-ın mətbuat xidmətinə İbrahim Əhmədova telefon edib. O, mühafizə xidmətinin əməkdaşlarının hərəkətinin qanunsuz olduğunu bildirib. Ancaq bunun da heç bir nəticəsi olmayıb.

Xəbər verildiyi kimi, 2017-ci il noyabrın 23-də naməlum şəxslər İ.Rəhimovun Mehdiabad qəsəbəsindəki evinə girərək onun notbukunu, prosessor və monitorunu götürmüşdülər.

Bundan öncə realliq.info və digər 13 informasiya saytı Mətbuat Şurasının çağırışı ilə Rabitə Nazirliyi tərəfindən bloklanıb. Mətbuat Şurası İnternet resurslarını reketçilikdə ittiham edərək onları “qara siyahı”ya daxil edib.

Saytlar Mətbuat Şurası İdarə Heyəti üzvlərinin qanunsuz əməlləri, məmurların özbaşınalığı və korrupsiya haqqında yazıblar.

Bloklanmış saytların rəhbərləri buna görə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsini, Mətbuat Şurasını və KİV-in İnkişafına Dəstək Fondunu günahkar biliblər.

Mətbuat Şurasının hərəkəti və saytların bloklanması media ekspertləri tərəfindən qanunsuz hərəkət kimi qiymətləndirilib.

Tanınmış media eksperti Ələsgər Məmmədli Turan-a bildirib ki, Mətbuat Şurasının saytların bloklanması ilə bağlı Rabitə Nazirliyinə çağırışı və onların məhkəmə qərarı olmadan bloklanması qanunsuzdur.

Sonradan Rabitə Nazirliyi saytların bloklanmasına aidiyyatının olmadığını bəyan edib.

Redaktor saytların bloklanmasına görə Rabitə Nazirliyini məhkəməyə verib, ancaq indiyədək məhkəmə dinləmələri keçirilməyib. Bu məqama qədər İ.Rəhimova məxsus realliq adlı 7 domen qanunsuz olaraq bloklanıb.

“Hakimiyyət hər dəfə mənim saytımı bloklayanda mən yenisini açırdım. Onlar bloklayırdı, mən açırdım. İndiyədək bu cür də davam edib”, -İ.Rəhimov vurğulayıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az