[:az]ATƏT prezident seçkisinə müşahidəçi göndərir[:]

tərəfindən Gozetci

[:az]ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosu (ODIHR) Azərbaycanda növbədənkənar president seçkisini müşahidə missiyası ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, 11 aprel 2018-ci il tarixdə Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə dəvət edildiklərinə görə, missiyası hazırlanır. Beləliklə də ODIHR 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi göndərməyi planlaşıdırır.

Bundan öncə fevralın 21-də ODIHR Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək məqsədi ilə öz qiymətləndirmə missiyasını Bakıya göndərmişdi. Qiymətləndirmə missiyası Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahov və başqa üzvlərlə görüşmüşdülər. Onlar həmçinin Yeni Azərbaycan Partiyası sədrinin müavinin Əli Əhmədov və vətəndaş cəmiyyəti təmsilçiləri də görüşüb müzakirələrə aparmışdılar.

Xatırladaq ki, ODIHR 2015-ci ildə Azərbaycanda keçirilən son parlament seçkilərini müşahidə etməmişdi. O vaxt ODIHR və Azərbaycan hakimiyyəti müşahidəçilərin sayı ilə bağlı razılığa gələ bilməmişdilər. Daha doğrusu, rəsmi Bakı müşahidə prosesində məhdud sayda müşahidəçilərin gəlməsini təkid etditindən ODIHR missiya göndərməkdən imtina etmişdi.

Hələlik rəsmi Bakı bu ilki müşahidəçi sayı ilə bağlı hər hansı açıqlama verməyib. Ancaq ODIHR-in artıq müşahidə missiyasının formalalaşdırılması ilə bağlı saytında elan dərc etməsi sayla bağlı Azərbaycan tərəfi ilə razılaşmanın olduğunu söyləməyə əsas verir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az