[:az]Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət edib[:]

tərəfindən Gozetci

[:az]”Bu qanunsuz hərəkətlər Avropa Məhkəməsinə şikayət göndərməyimi yubatmaq məqsədi güdür”

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.

Vəkilinin sözlərinə görə, Ə.İnsanov məktubunda yazıb ki, növbəti dəfə 7 il 5 gün müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edilib. Həmin hökmdən verilən kassasiya şikayətinə Ali Məhkəmədə yeddi ay sonra, yanvarın 16-da baxılıb və şikayət təmin edilməyib. Lakin Ali Məhkəmə qərarı bugünə kimi Əli İnsanova verməyib.

Ə.İnsanov hesab edir ki, bu qanunsuz hərəkətlər onun Avropa Məhkəməsinə şikayət göndərməsini yubatmaq məqsədi güdür.

Ə.İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası verilib. Bu cəzanın bitməsinə 56 gün qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Bu dəfə keçmiş nazir saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində psixotrop tərkibli dərman saxlama, Penitensiar Xidmətin mayorunu döyüb, ona kəllə-beyin travması yetirmə kimi ittihamlarla məhkəmə qarşısına çıxarılıb. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə ona 7 il 5 gün həbs cəzası kəsilib.

Əli İnsanov ittihamların saxta olduğunu bildirir. Hesab edir ki, şəxsən İlham Əliyevin sifarişi ilə barəsində qondarma ittihamlarla cinayət işi başlanıb. Məqsəd isə onun həbsdən çıxmasına imkan verməməkdir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az