Azər Qasımlı
Müxalif siyasətçinin ölkədən çıxışına qadağa qoyulub
Azərbaycandakı Siyasi Menecment İnstitutunun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlının ölkədən çıxışına qadağan edilib. Belə ki, Azər Qasımlıya noyabrın 22-də Bakı Beynəlxalq Aeroportunda bildirilib ki, ölkədən çıxışına qadağa qoyulub.[1]
O, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər etməyi planlaşdırırmış. Bakı Beynəlxalq Aereportunun pasport nəzarətində ona deyiblər ki, Daxili İşlər Nazirliyi onun ölkədən çıxışıma qadağa qoyub.
“Hesab edirəm ki, bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir. Bu qadağa qeyri-qanunidir və yalnız şərləmə əsasında qoyula bilər”, o yerli mediaya bildirib.
Noyabrın 25-də Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və orada şahid qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.
Azər Qasımlı bir cinayət işi üzrə şahid qismində dindirildiyini bildirib və yazılı iltizam verdiyinə görə hansı cinayət işindən söhbət getdiyini deməyib.
O, istintaqda rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə də xeyli suallar verildiyini deyib.
Daxili İşlər Nazirliyi Azər Qasımlının ölkədən xaricə buraxılmamasının səbəbləri ilə bağlı hələ açıqlama verməyib.
[1] https://turan.az/en/politics/azer-gasymly-summoned-to-capitals-police-station-787411
Bülleten ilə daha ətraflı buradan tanış ola bilərsiz.