Bəxtiyar Hacıyev 33 gündür aclıq edir

tərəfindən Gozetci

33-cü gündür Bakı İstintaq Təcridxanasında aclıq edən Bəxtiyar Hacıyevin vəziyyəti pisləşməkdə davam edir. Bu barədə vəkil Rövşanə Rəhimli bu gün onunla görüşdükdən sonra deyib.

“Bu gün Hacıyevin qan təzyiqi 90/60, nəbzi dəqiqədə 69, bədəninin temperaturu 35,9 dərəcə olub. Baş və ürək ağrıları artıb. Üşütməsi var. Buna baxmayaraq, aclığı davam etdirir”, – Rəhimli deyib.

Onun sözlərinə görə, bu gün Hacıyev quru aclığa keçmək istəyib, lakin vəkillər onu bunu etməməyə razı sala biliblər. Hacıyev onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, ictimaiyyətdən onun işini nəzarətdə saxlamağı xahiş edib.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb.

Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az