Ali Məhkəmə AXCP fəalının kassasiya şikayətini təmin etməyib

tərəfindən Gozetci
Aqil Hümbətov

Fevralın 7-də Azərbaycan Ali Məhkəməsi hakim Rəşad Abdulovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun kassasiya şikayətini təmin etməyib.

“Məhkəmə cinayət işinin ən azı apellyasiya araşdırmasına qaytarmalı idi”, deyə vəkil Nemət Kərimli Turan-ın müxbirinə bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması) pozulması ilə əlaqədar məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.

Öz növbəsində, Ali Məhkəmədən qəbul edilmiş qərarı şərh edərkən qeyd ediblər ki, qərar dövlət adından çıxarılır və narazı tərəf müvafiq instansiyaya müraciət edə bilər.

Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb və Bakının Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq xəsarəti yetirməkdə ittiham olunub. Hümbətov Azərbaycan CM-in 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə ittiham olunub. 

Məhkəmə zamanı Hümbətov ilkin ifadələrindən imtina edib, onları işgəncə altında verdiyini bildirib. Bununla belə, məhkəmə onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hüquq müdafiəçiləri Hümbətovu siyasi məhbus kimi tanıyıb. 

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az