ABŞ səfirliyi Bəxtiyar Hacıyevi azad etməyə çağırıb

tərəfindən Gozetci

ABŞ-ın Azərbaycandakı Səfirliyi ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə əlaqədar narahatlığını bildirib və hakimiyyəti onu azad etməyə çağırıb.

“Biz Bəxtiyar Hacıyevin həbsi və saxlanmasından çox narahatıq və onun səhhətində yaranan problemlər barədə məlumatlardan çox narahatıq. Biz hakimiyyətdən onu tez bir zamanda azad etməyə çağırmaqda davam edirik. Biz həmçinin hakimiyyəti siyasi məhbus və ya məhbus sayılan bütün digər şəxsləri azad etməyə çağırırıq”, deyə ABŞ Səfirliyi “Amerikanın Səsi”nin Azərbaycan Xidmətinin sorğusuna cavabda bildirib.

“Birləşmiş Ştatlar qlobal miqyasda bütün siyasi məhbusları və məhbusları azad etməyə çağırır və biz başqalarını bizə qoşulmağa çağırırıq”, deyə Səfirliyin mətbuat xidmətinin cavabında qeyd edilir.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb. 

Bu gün onun aclığa başlamasının 30-cü günüdür.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az