ABŞ yenidən Bəxtiyar Hacıyevin tezliklə azadlığa buraxılmasına çağırıb

tərəfindən Gozetci

“Biz azərbaycanlı fəal Bəxtiyar Hacıyevin ötən dekabr – Beynəlxalq İnsan Haqları Günündən bəri həbsdə qalmasından və onun siyasi motivli hesab olunan ittihamlarla üzləşməsindən dərin narahatıq”. TURANın Vaşinqton müxbiri xəbər verir ki, bunu  ABŞ Dövlət Departamentin rəsmisi  Ned Prays şənbə günü deyib.

Foto: Meydan TV

“Birləşmiş Ştatlar cənab Hacıyevin tezliklə azad edilməsinə və əsas azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısının azad edilməsinə çağırır.

Müstəqil həkimin sözlərinə görə, aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevin vəziyyəti ciddi şəkildə pisləşib və o, komaya düşə bilər, Prays qeyd edib.

Birləşmiş Ştatlar insan hüquqlarına hörməti təşviq etmək, insan haqları müdafiəçilərini dəstəkləmək və insan hüquqlarının pozulmasına yol verənləri məsuliyyətə cəlb etmək öhdəliyinə qətiyyətlə sadiqdir.

Biz sistemli islahatlara, Azərbaycanda və dünyada insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi ilə bağlı bütün addımları təşviq edirik”, – Dövlət Departamentinin bəyanatında deyilir.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az