Müxalif fəal həbsxanada aclığa başlayıb

tərəfindən Gozetci

2021-ci ilin iyununda Azərbaycana Almaniyadan readmissiya olunduqdan sonra narkotik ittihamı ilə 7 il azadlıqdan məhrum edilən müxalif fəal Mütəllim Orucov fevralın 12-də həbsdə aclığa başlayıb.

Vəkil Nemət Kərimli bildirib ki, Orucovun aclıq etməsi həkimə əlçatımlılığının olmaması ilə bağlıdır.

“O, əvvəllər korornavirus olub və bu xəstəlikdən sonra ağ ciyərlərində problemlər yaranıb. Təcridxanada həkimə əlçatımlılığı olmadığına və çoxadamlı kamerada saxlanılmasına etiraz olaraq aclıq edir. Onun olduğu kameradakı insanların əksəriyyəti siqaret çəkir. Bu da onun sağlamlığına ağır təsir edir”, deyə vəkil qeyd edib.

Orucov Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. 

“O, yüksək təzyiqdən, sinə ağrılarından və meningitdən əziyyət çəkir. Dünən bununla bağlı axırıncı dəfə müraciət edib ki, tibbi yardım alsın, amma heç kim baxmır deyə etiraz olaraq aclıq aksiyasına başlayıb”, bunu isə Orucovun ailəsindən bildirblər.

Penitensiar Xidmətdən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Mütəllim Orucov ötən il oktyabrın 21-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Orucovu 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

O, deportasiya olunandan 4 ay sonra böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib.

Mütəllim Orucov ittihamları qəbul etmir və siyasi sifariş hesab edir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az