[:az]Hüquq müdafiəçisi Anar Məmmədli bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin Tofiq Yaqublunun şikayəti üzrə ilkin iclası 11 gün sonraya təyin etməsi siyasi qərardır. O bu barədə özünün Facebook hesabında məlumat paylaşıb:
“Bakı Apellyasiya Məhkəməsinin Tofiq Yaqublunun şikayəti üzrə ilkin iclası 11 gün sonraya təyin etməsi siyasi qərardır. Bu qərarın səbəbləri barədə ehtimalım var, amma indi bunun əhəmiyyəti yoxdur.
Yaranmış situasiyada Bakı Apellyasiya məhkəməsinin qərarını gözləmədən birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək gərəkdir. Onun vəkilləri və inandığı hüquqşünaslar yeni situasiya ilə bağlı birgə hüquqi müdafiə taktikasını planlamalıdı.
Tofiq Yaqubluya müraciət etməliyik ki, Bakı Apellyasiya Məhkəməsinin qərarınadək aclıq aksiyasını dayandırsın. O artıq öz əzmi və iradəsi ilə yerli və beynəlxalq ictimaiyyətin etirazlarını həm ədalətsiz həbsinə, həm də ölkədəki siyasi repressiyalara yönəldə bilib. Hazırda onun həyatı hər şeydən önəmlidir!
Qarşıdakı 11 gün ərzində müxtəlif kampaniyalar və flaş moblarla onun həbsinə yerli və beynəlxalq diqqəti artırmaq, növbəti məhkəmə prosesinə yönəltmək olar”
[:]