[:az]Arlem Dezir jurnalistlərin döyülməsini pisləyir[:]

tərəfindən Gozetci

[:az]“Hüquq-mühafizə orqanları hər zaman jurnalistlərin azadlıq və təhlükəsizlik hüququna hörmətlə yanaşmalıdır”

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir fevralın 11-də günün ikinci yarısı MSK-nın önündə keçirilən etiraz aksiyası zamanı jurnalistlərə qarşı polislərin hərəkətindən təəssüfləndiyini bildirib.

Məlumatı “Turan” İA yayıb.

Arlem Dezir bildirib ki, ictimai etirazı işıqlandıran jurnalistlərə qarşı hüquq-mühafizə orqanlarının amansız rəftarı, həbslər və zorakılıq hadisələri onu çox narahat edir. Bu, xüsusilə yolverilməzdir, çünki jurnalistlər qanunvericilik orqanına seçkilərin nəticələri ilə bağlı ictimai maraq kəsb edən hadisələri işıqlandırıblar.

“Məlumatlara görə, ştatdankənar əməkdaş kimi fəaliyyət göstərən və ya müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən “Amerikanın səsi” (“Amerikanın səsi” radiosunun Azərbaycan xidməti), Azadlıq Radiosu (RFE / RL Azərbaycan xidməti) və Meydan TV-də çalışan ən azı 8 jurnalist 2020-ci il fevralın 11-də Bakıda etiraz aksiyası dağıdılarkən hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən amansız rəftara, saxlanmaya və hücuma məruz qalıb”, -Dezir belə deyib.

A.Dezir “Bastainfo.com” onlayn- platformanın redaktoru Mustafa Hacıbəylinin döyülməsi, jurnalist Aynur Elgünəsin başından zərbə alması, jurnalist Sevinc Vaqifqızının üzündən zərbə və əlindən xəsarət alması barədə məlumatları xüsusilə qeyd edib.

“Mən hakimiyyəti bu hadisələri operativ araşdırmağa, günahkarların hamısını məsuliyyətə cəlb etməyə və zərərçəkənlərə müvafiq müdafiə vasitələri təqdim etməyə çağırıram”, – A.Dezir deyib. “Kütləvi informasiya vasitələri ictimai tədbirləri işıqlandırmaq hüququna malikdir, hüquq-mühafizə orqanları isə hər zaman jurnalistlərin azadlıq və təhlükəsizlik hüququna hörmətlə yanaşmalı və müdafiə etməlidir”, – o vurğulayıb.

Fevralın 11-də bir qrup namizəd, seçkidə müşahidəçi və məşvərətçi olmuş insanlar Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirib. Onlar fevralın 9-da keçirilən parlament seçkilərində bülletenlərin topa şəkildə atılması, qrup səsverməsi və səslərin sayılması zamanı edilən qanunsuzluqlara etirazlarını bildiriblər. Polis aksiyaçılarla bərabər hadisəni işıqlandıran jurnalistləri də saxlayıb. Saxlanan insanlara zor tətbiq edilib. Saxlanılanlar arasında jurnalistlər də olub, Sevinc Vaqifqızı və Aynur Elgünəşin polis tərəfindən döyüldüyü bildirilib.

Ancaq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verərək bildirib ki, sosial şəbəkələrdə aksiya dağıdılarkən xəsarət alanların olması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Fevralın 10-da ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.

Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az