3
Nicat İbrahim
İyulun 22-də həbsdə olan ictimai fəal Nicat İbrahimə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim keçirilən prosesdə təqsirləndirilənin vəkili Zibeydə Sadıqova ona bəraət verilməsini xahiş edib.
APA-nın xəbərinə görə, Nicat İbrahim son söz deyib, o da məhkəmədən bəraət istəyib.
Məhkəmənin hökmünə əsasən, Nicat İbrahimə ittiham olunduğu 126.2.4-cü maddə üzrə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Onun təqsirləndirildiyi 221.3-cü maddəyə isə xitam verilib.
Dövlət ittihamçısı Nicat İbrahimin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
2024-cü ilin sentyabrında həbs olunan N.İbrahim Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələriylə ittiham olunurdu.
O, ittihamları rədd edir və deyir ki, Bəhmən Əliyev adlı şəxsi, ümumiyyətlə, tanımır.
N.İbrahim 2020-ci ilin iyulunda Prezident Administrasiyasının önündə İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış və koronavirus yaymaq ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı.
Fəal o vaxt da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi.
O, 2017-ci ildə ağzını tikərək aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.

Toplum TV