[:az]“Tərtər işi” üzrə mühakimə olunmuş işgəncələrdən danışıb[:]

tərəfindən Gozetci

[:az]“Tərtər işi” üzrə mühakim olunmuş Müşviq Əhmədli Repressiya və İşgəncələr Əleyhinə Komitəyə məktub göndərib. O, dövlətə xəyanət ittihamını rədd edir və uydurma ittihamlarla məhkum olunduğunu bildirir.

M.Əhmədli yazır ki, bölük komandiri olub. Mayın 1-dən 2-nə kecən gec onların bölməsi qəfildən Tərtər istiqamətində döyüş mövqelərindən çıxarılıb, tərksilah edilib və əvvəlki dislokasiya yerinə aparılıb.

Onları sıra ilə meydana düzüb telefonlarını alıblar. Sonra açıq şəkildə deyiblər ki, “aranızda ermənilərə işləyənlər var”.

“Axşam saat 6-ya yaxın leytenant Nasif Əliyevi aparıblar. Saat 9-10-a yaxın məni, Elnur Hacıyev və Dursun Əlilini tutdular”, – M.Əhmədli yazır.

“Köhnə qərargahın binasında korpusun hüquqşünası, mayor Fuad Ağayev məni qaranlıq otağa apardı və dərhal yerə yıxdı. Sonra maskalı adamlar paltarımı cırdılar, üstümə su tökdülər və rezin şlanqla döyməyə başladılar.

Həmçinin kiçik çavuş Elxan Ağazadəni döydülər, bədəninə elektrik cərəyanı buraxdılar. Aprel döyüşlərinin iştirakçısı çavuş Mehman Hüseynovu da döydülər.

E.Ağazadə və M.Hüseynovu məcbur etdilər ki, leytenant Nasif Əliyevə qarşı ifadə versinlər ki, sonuncu onların vasitəsilə ermənilərlə əlaqə saxlayıb. Əsgərlərin çoxu işgəncələrə dözə bilməyərək yalan ifadələr verdilər.

Mayın 5-6-da Bakıdan xüsusi təyinatlılar gəldilər və həbs olunanları döyməyə, işgəncə verməyə davam etdilər”. M.Əhmədli yazır ki, atasına, anasına və hamilə həyat yoldaşına qarşı zorakılıqla bağlı hədələrdən sonra yalan ifadə verib.

Mayın 8-də M.Əhmədlini ağır vəziyyətdə Ağcabədidəki hospitala aparıblar. Reanimasiyada onu yatağa bağlı vəziyyətdə saxlayıblar, sonra Bakıdakı mərkəzi hospitala köçürüblər.

Bir neçə gündən sonra M.Əhmədlini hərbi polisə aparıblar, orada döyməyə davam ediblər. Gün ərzində yarım dilim çörək veriblər, bir dəfə tualetə aparıblar. Bütün günü ayaqda saxlayıblar.

“Mən ermənilərə işləmədiyimi bildirdim. Və düşmənlə əməkdaşlıq edən birini tanımadığımı dedim. Buna görə məni döyməyə və əziyyət verməyə davam etdilər”, – F.Əhmədli qeyd edib.

Mayın 18-də onu Aran qəsəbəsində hərbi hissəyə aparıblar, o, vəkil tələb edib. Yevlaxdan Zaur adlı vəkil gəlib və onun yanında  M.Əhmədlini yenidən döyüblər. Və tələb ediblər ki, erməni tərəfinə əsgər göndərdiyini etiraf etsin.

M.Əhmədli yazır ki, dəfələrlə Dövlət Təhlükəsizliyi Xidmətinə, ombudsmana, prezidentə şikayət yazıb, məhkəmədə hər şeyi danışıb, amma hamısı boş yerə.

“İstintaq təcridxanasında bir nəfər yanıma gəldi və dedi ki, əgər ermənilərlə əlaqəmin olması barədə ifadə verməsəm oğlumu və ailəmin digər üzvlərini itirə bilərəm. Mən imtina etdim və 16 il azadlıqdan məhrum edildim”, – M.Əhmədli daha sonra yazır.

*2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi bir qrup hərbi qulluqçu və mülki şəxsin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq etdiyinə görə saxlandığını bildiriblər. Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılanlar müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Ancaq tezliklə məlum olub ki, istintaq zamanı ən azı 8 şübhəli işgəncə nəticəsində ölüb. Öldürülən dörd nəfər sonradan bəraət alıb, onlara qarşı ittihamları saxtalaşdıran  müstəntiqlər 7 ilə qədər həbs cəzası alıblar.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az