[:az]Göyçay rayonunda 61 nəfər məmur vəzifədən çıxmaq üçün yerli icra hakimiyyətinə rəsmi müraciət ünvanlayıb.Bu barədə Hefteaz.info məlumat verib. İşdən çıxmaq üçün edilən kütləvi müraciətlərdə səbəb kimi səhhətlərində yaranan problem olduğunu bildirsələr də, hefteaz.info-nun əldə etdiyi başqa məlumata görə, kütləvi işdənçıxmaların səbəbi Göyçay rayon İcra Hakimiyyətinin başçısının idarəçiliyi ilə bağlıdır.
Belə ki, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, kənd bəldiyyə sədrləri başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmasına səbəb, icra başçısı Mehdi Səlimzadənin onlardan küllü miqdarda rüşvət tələb etməsidir. Məlumata görə ərizə yazılma prosesi haqda prezident aparatına məlumat verilib. Gözətçi.az məsələni dəqiqləşdirməyə çalışır.
[:]