“Sərhədsiz Reportyorlar” “Pegasus” proqramı vasitəsilə 200 jurnalistin izlənilməsilə əlaqədar məhkəməyə müraciət edir

tərəfindən Gozetci

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığının müdafiəsi təşkilatı İsrailin “Pegasus” casus sisteminin köməyilə 20 ölkədən 200 jurnalistin izlənməsi faktı ilə bağlı hiddətləndiyini bildirib.

“Sərhədsiz reportyorlar” bu kütləvi təqiblərə görə məsul şəxslərə qarşı məhkəmə iddiası açmaq niyyətində olduğunu açıqlayır, təşkilatın bəyanatında deyilir.

“Pegasus” casus proqramından istifadə barədə məlumatlar izləmə miqyasını nəzərə alaraq şok və nifrətə səbəb olur. Bu, jurnalistlərin təqib edilməsi üçün yaradılmış iyrənc bir vasitədir”, təşkilatın baş katibi Kristof Deluar bildirib.

“Biz proqramın tərtibçisi – NSO Group-un törətdiyi cinayətə görə və onun mümkün etdiyi faciələrə görə cəzalandırılması üçün əlimizdən gələni edəcəyik. Demokratik ölkələrdə ədalət mühakiməsi sistemləri bu fövqəladə məsələyə baxmalı, faktları müəyyənləşdirməli və günahkarları cəzalandırmalıdır.

Təşkilat bir və ya bir neçə ölkədə məhkəmə iddiaları barədə qərar qəbul edib. Biz jurnalistləri və KİV-ləri casus proqramın ifşa olunmasında iştirak etmək üçün bizimlə əlaqə saxlamağa çağırırıq”, – o qeyd edib.

20 ölkədən ən azı 180 jurnalist 2016-cı ildən 2021-ci ilin iyununa qədər İsrail casus şirkətinin müştərilərinin qurbanı olub. NSO Group-un müştərilərinin sırasına Səudiyyə Ərəbistanı, Əlcəzair, Mərakeş və Bəhreyn kimi avtoritar hökumətlər, həmçinin Meksika və Hindistan kimi demokratiyalar daxildir. Bu, Avropada Macarıstan, Türkiyə və Azərbaycandan tutmuş Afrikada Toqo və Ruandaya qədər dünyanın bütün regionlarına aiddir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az