[:az]Partiya Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
Müsavat Partiyası martın 10-da saat 15-də yürüş-mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Partiya divanı fevralın 25-də S.S.Axundov küçəsindən başlamaqla, “Dərnəgül” metrostansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirmək haqda qərar qəbul edib.
Məlumatı Müsavat Partiyasının mətbuat xidməti yayıb.
Bildirilib ki, divanda bastainfo.az saytının redaktoru Mustafa Hacıbəyli, Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin məhkəmə prosesi haqqında məlumat verilib. Onlar barədə qərarların dərhal ləğv edilməsi tələbi vurğulanıb. Eyni zamanda, müstəqil vəkil Yalçın İmanovun vəkillik fəaliyətinə məhkəmə qərarı ilə xitam verilməsi müstəqil vəkillik institutuna basqı olduğu və bu qərarın siyasi sifarişlə verildiyi qeyd edilib.
Meydan TV[:]