[:az]Avropa Məhkəməsi Azərbaycandan göndərilən 7 şikayəti aparşdırmağa başlayıb.[:]

tərəfindən Gozetci

[:az]İlkin Rüstəmzadənin şikayəti

Araşdırılan şikayətlərdən biri hələ də həbsdə tutulan NİDA-çı “siyasi məhbus” İlkin Rüstəmzadənin işi ilə bağlıdır. Vəkilləri İ.Rüstəmzadənin ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnun pozulduğunu iddia edirlər. Məhkəmə NİDA-çının işində ismi keçən Harlem Shake rəqsi, şikayətdəki iddiların məzmunu ilə bağlı hökumətə suallar göndərib.

Yahova Şahidləri-nin işi

Araşdırlan digər iş – Imanzadə Məmmədovanın şikayəti Yahova Şahidləri dini icması ilə bağlıdır. Ərizəçi Soçidə yaşayan Rusiya vətəndaşıdır, o, 2008-ci ildə Yahova Şahidləri dini icmasının Zaqataladakı dini tədbirində tutulub, saatlarla qanunsuz saxlanılıb, cərimə edilib. Daha sonra DİN-in köçkün məntəqəsinə aparılıb və sınırdışı edilib. Məmmədova iddia edir ki, Azərbaycan hökuməti onun fikir və din azadlığı, azadlıq və toxunulmazlıq hüquqlarını pozub.

Feto-çu kimi Azərbaycanda həbs edilib Türkiyəyə aparılanlar

Araşdırılan digər şikayətləri Türkiyəli Isa Özdemir, Mehmet Çelik, Ayhan Seferoğlu, Faik Semih Başoğlu, Erdoğan Taylan-ın vəkilləri göndəriblər. Bu işin detalları haqda bilgi verilmir. Ərizəçilər çox güman ki, Feto əməliyyatı çərçivəsində saxlanılanlardır. Onlar 2018-ci ildə Azərbaycanda saxlanılıblar, sonra zorla Türkiyəyə aparılıblar.
Onlar Azərbaycan hökumətinin onların İşgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, səmərəli hüquq müdafiə vasitələri hüquqlarını pozduğunu iddia edilər.

Bu barədə sosial şəbəkədə hüquqşünas Xalid Ağaliyev məlumat verib.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az