[:az]ABŞ Dövlət Departamenti bürosu Azərbaycandakı haqqsız həbslər barədə paylaşım edib[:]

by Gozetci

[:az]

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə bürosu, beynəlxalq ailələr günündə Azərbaycandakı haqqsız yerə həbs olunan siyasi və ictimai fəallar barədə paylaşımlar edib. Departamentin rəsmi Facebook səhifəsində paylaşılan postlarda bildirilir:
“Azərbaycanlı insan hüquqları fəalları ölkədə 100 dən çox siyasi məhbus və saxlanılan olduğunu bildirirlər. Onların arasında müxalif fəallar Tofiq Yaqublu, Orxan Baxışlı və Fuad Əhmədli istintaq dövründə haqqsız yerə həbsdə saxlanıldıqları üçün Beynəlxalq Ailə Gününü əzizləri ilə keçirə bilməyiblər.
Azərbaycanda müxalif partiya fəallarının haqqsız yerə həbs olunmalarına görə ailələr əzab çəkməyə davam edirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Məhərrəmli, o 2018-ci ildə həbs olunarkən 6 aylıq olan əkiz qızlarının yanında ola bilmir.”
Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker  Azərbaycanda karantin dövründə insan hüquqlarının pozulması ilə bağlı birgə bəyanatla çıxış edərək pandemiya dövründə sağlamlıqla bağlı tədbirlərin siyasi motivli repressiyalara haqq qazandıra bilməyəcəyini vurğulayıblar. AŞPA-nın Azərbaycanın monitorinqi üzrə məruzəçiləri Ştefan Şennax  və Rocer Qeyl də  hakimiyyətin pandemiyaya qarşı mübarizə adı altında öz tənqidçilərini təqib etməsindən narahat olduqlarını bildiriblər.

[:]

You may also like

Leave a Comment

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az