[:az]Bakı: Həmmərüzəçilər aksiyanı dağıdarkən polisin zorakılıq törətməsindən narahatdır[:]

tərəfindən Gozetci

[:az]Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruziçiləri Ştefan Şennax və Rocer Geyl Bakıda 19 oktyabr 2019-cu ildə keçirilən dinc aksiyanın polis tərəfindən zorakılıq törədilərək dağıdılması ilə bağlı öz dərin narahatlıqlarını bildiriblər.

Məruzəçilər həmçinin bir çox iştirakçının saxlanılmasından və bəzilərinə qarşı iddia olunan pis rəftardan da eyni dərəcədə narahat olduqlarını ifadə ediblər. Həmməruzəçilər bildiriblər ki, “Bu təəssüfləndirici hadisələr sərbəst toplaşmaq azadlığının təmin olunmaması və bütövlükdə hökümətin opponentlərinin və tənqidçilərinin fəaliyyətini məhdudlaşdıran mühit kontekstində görülməlidir”.

“Hakimiyyət sərbəst toplaşmaq azadlığı haqqında Qanunun təşkilatçılardan əvvəlcədən xəbərdarlıq etməyi tələb edən bəndindən sui-istifadə edir və sistematik olaraq müstəqil qrupların şəhərdə toplaşmasına maneə yaradır.” Onlar həmçinin dinc xarakterli razılaşdırılmamış aksiyada polisin hərəkətlərinin aşırı və qeyri-mütənasib olduğunu vurğulayıblar.

“Bizə məlumat daxil olub ki, müxalif Xalq Cəbhəsi Partiyasının ən azı 10 üzvü aksiyadan bir gün əvvəl saxlanılıb və onlardan 5-i 60 günlük inzibati həbsə məhkum olunub. Digərləri aksiya sırasında həbs edilib və Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli də daxil olmaqla onlardan bəzilərinin işgəncəyə məruz qaldığı və vəkillərlə əlaqə yaratmasına imkan verilmədiyi iddia olunur. Bəzi aksiya iştirakçılarının harada olduğu isə hələ də məlum deyil” deyə onlar əlavə ediblər.

“Azərbaycanda sərbəst toplaşmaq azadlığı kobud surətdə pozulur. Biz, hakimiyyəti dinc aksiyalara qarşı olan məhdudiyyətləri aradan qaldırmağa, qanunsuz saxlanılan hər kəsi azad etməyə və iddia edilən pis rəftar və işgəncə hallarının araşdırılmasına çağırırıq” deyə həmməruzəçilər yekunlaşdırıblar.

 

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az