[:az]Nidaçı Q.İbrahimovun anası Şura Əmiraslanova sərbəst buraxılıb[:]

tərəfindən Gozetci

[:az]Nida Vətəndaş Hərəkatının üzvü, keçmiş siyasi məhbus Qiyas İbrahimovun anası Şura Əmiraslanova sərbəst buraxılıb. Bu barədə Qiyas İbrahimov özünün “Facebook” hesabında məlumat paylaşıb. Onun sözlərinə görə Ş.Əmiraslanovanı 9 saat polis nəzarətində saxladıqdan sonra sərbəst buraxıblar.

Qeyd edək ki, bu gün səhər saatlarında Qiyas İbrahimovun anası Şura Əmiraslanova Polis İdarəsinə aparılıb. Bir neçə dəqiqə sonra Qiyas İbrahimov atası Həsən İbrahimovun da saxlanılması haqqında  məlumat paylaşıb. Onun sözlərinə görə Həsən İbrahimov 25-ci polis bölməsinə anası Şura Əmiraslanovanın yanına gedərkən ona Şura Əmiraslanovanın burada olmadığı barədə  məlumat veriblər, özünü isə polis bölməsində saxlayıblar.

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az