[:az]Pənah Hüseyn və daha bir neçə nəfər saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]Sabiq baş nazir Pənah Hüseyni, Ramiq Mirzəyev  Rəşid Behbudov adına Mahnı Teatrının qarşısından 28 maya doğru gedəndə mülki geyimli şəxslər saxlanılıb.  Bu barədə “Xural” qəzetinin baş redaktoru Əvəz  Zeynallı özünün “Facebook” hesabında məlumat paylaşıb:

“Pənah Hüseyni, Ramiq Mirzəyevi və İsa Qəmbərin keçmiş köməkçisi Əhəd bəyi  saxladılar.  Əvvəlcə Pənah bəyi apardılar. Sonra Ramiq bəylə Əhəd bəyi məni maşına oturtmaq istədilər. Təxminən 10-15 mülki geyimli adam idi. “Mən jurnalistəm” dedim, “Problem yaratmayın” və vəsiqəmi təqdim etdim. Onları aparıb məni saxladılar. “Əvəz müəllim, səni tanıyırıq” dedilər və təminən 45 dəqiqə saxlatdılar. Telefonumu istədilər, vermədim. 45 dəqiqədən sonra başçı olduğu hiss olunan (hamı ona rəis deyirdi) adam “oldu, cənab polkovnik, oldu” deyib məni mühafizə edənlərə döndü: “Əvəz müəllimi buraxın” dedi. Vəsiqəmi alıb müşahidəmi davam etdirməyə qərar verdim”

Qeyd edək ki, Milli Şura 28 may metro stansiyasının çıxışında aksiya keçirir. Aksiya iştirakçılarının polislər tərəfindən saxlanıldığı bildirilir[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az