[:az]Vətəndaş cəmiyyətinin bir qrup fəalı 2015-ci ildә Nardaran hadisәlәri zamanı hәbs olmuş Əbülfəz Bünyadovun həbsdən azad edilməsi üçün kampaniyaya başlayıb və internetdә yayılan petisiya üçün imza toplanılır.
Bünyadov Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı yaralanıb və iflic vəziyyətinə düşüb. 2018-ci il iyulun 11-də məhkəmə qәrarı ilә Bünyadov 15 il azadlıqdan məhrum edilib. Bunun 3 ilini o, Qobustan qapalı hәbsxanasında keçirmәlidir.
Yaxınları Əbülfəz Bünyadovun vәziyyәtinin kәskin pislәşdiyini, mәdә-bağırsaq problemi yarandığını bildirirlər. Məhbus Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılır, hərəkt qabiliyyətini itirdiyindən ona digər məhbuslar qulluq edirlər.
Siyasi fəallar Bünyadovun anası Xeyriyyə Bünyadovanın prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciətini dəstəkləməyə çağırırlar. Məhbusun anası ölkə rəhbərliyini oğlunun ağır vəziyyətini, ailənin durumunu nəzərə alaraq azadlığa buraxılmasına yardım göstərməyə çağırır.
Azadlıq Radiosu[:]