[:az]İmkansız ailələrin uşaqlarına dəstək tədbiri keçirilib[:]

tərəfindən Gozetci

[:az]İyunun 1-də bütün dünya Uşaq Gününü qeyd edir. Vətəndaş cəmiyyəti fəallarının da dəstəyilə bir qrup uşaq bu münasibətlə “Bu gün hamımız uşaq olaq” adlı tədbir-marafon keçirib.

Tədbirin məqsədi ailəsi çətin vəziyyətə düşmüş uşaqlar üçün məktəb ləvazimatları, kitablar toplamaq və ən önəmlisi onlara mənəvi dəstək olmaq idi.

Səhər saat 12:00-dən 17:00-ə qədər davam edən marafona qatılan uşaq və böyüklər həm də maraqlı proqram izləyiblər. Uşaqlara dəstək verməyə gələnlər arasında jurnalistlər, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları və müxtəlif yaş qruplarından içtirakçılar olub.

Marafonda mahnılar, şerlər səslənib, səhnəciklər, əyləncəli oyunlar və digər maraqlı tədbirlər keçirilib, fərqlənənlərə hədiyyələr verilib[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az