[:az]Baş redaktor bir həftədir aclıq edir[:]

tərəfindən Gozetci

[:az]Yaxınları onun sağlamlığında problemlər yarandığını söyləyirlər

“Reallıq.info” saytının baş redaktoru İkram Rəhimov bir həftədir aclıq aksiyası keçirir.

Onun Meydan TV-yə danışan yaxınları sağlamlığında problemlər yarandığını söyləyiblər. Bildiriblər ki, İkram Rəhimov məhkəmə prosesinin gedişindən narazı olduğuna görə aclıq aksiyasını davam etdirir:

“O, Dövlət Təhlükəsizlik Xidmətinin istintaqı düzgün aparmadığını söyləyir. Hakim Əlövsət Abbasovun məhkəməni düzgün aparmadığını deyir. Ona qarşı qondarma ittihamlar və tanımadığı şəxslərin ifadələrindən istifadə edilir. İkram bu səbəblərdən hökmün sifariş əsasında çıxarılacağını düşünür və müddətsiz aclıq aksiyası keçirir”.

Ailə İkram Rəhimovun durumu ilə bağlı beynəlxalq təşkilatlardan, hüquq müdafiəçilərindən, xüsusən, Oktay Gülalıyev, Əlövsət Sadıqlı, Əvəz Zeynallı, Mehman Əliyev və Taleh Xasməmmədovdan xahiş edir ki, onun pozulmuş hüquqlarının bərpasında yardım etsinlər.

İkram Rəhimovun növbəti məhkəməsi mayın 29-da, saat 12:30-da olacaq.

O, 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli bilinir. Baş redaktor ittihamları rədd edir.

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az