Oktyabrın 30-da Bakının Xətai Rayon Məhkəməsi “Toplum TV” işi üzrə həbs edilmiş jurnalist Müşviq Cabbarla bağlı həbs qətimkan tədbiri qərarının ləğvi barədə vəsatəti təmin etməyib.
Bu barədə Amerikanın Səsinə vəkil Nazim Musayev bildirib.
Müdafiə tərəfi hesab edir ki, Müşfiq Cabbarın ittiham olunduğu əməllərlə heç bir əlaqəsi yoxdur.
Vəkil qərardan apellyasiya şikayəti verəcək.
Bu il martın 6-dan 8-dək “Toplum TV” və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər polisin nəzarətinə verilib.
Saxlanılanlar ittihamları qəbul etmir və uydurma adlandırır.
Hüquq müdafiəçiləri həbs olunanların hamısını siyasi məhbus kimi tanıyıb, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı beynəlxalq təşkilatlar onların azad edilməsinə çağırıblar.
Amerikanın Səsi