Yaxınları ictimai fəal Bəhruz Səmədovun saxlandığını güman edirlər

tərəfindən Gozetci

Bəhruz Səmədov

İctimai fəal Bəhruz Səmədovun saxlandığı güman olunur.

Bu barədə onun nənəsi Zibeydə Osmanova məlumat verib. Onun sözlərinə görə, dünən, avqustun 21-də saat 16-da Bəhruz Səmədov evdən çıxıb:

“O, dostu ilə dənizə getmək məqsədilə evdən çıxdı. Təxminən 30 dəqiqədən sonra (Bakıda) evə dörd-beş nəfər gəldi. Onlar özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları kimi təqdim ediblər, deyiblər ki, Bəhruzdan narkotiklə bağlı şikayət var”.

Fəalın nənəsi evdə axtarış aparıldığını bildirir:

“Bəhruzun kompüterini, pasportunu, diplomlarını, tərcümə etdiyi kitabını götürüblər. Bu gün, avqustun 22-də mənə özünü vəkil Vəfa kimi təqdim edən bir xanım zəng vurub dedi ki, Bəhruzu dövlətə xəyanətdə ittiham edirlər”.

Nənəsi həm narkotiklə, həm də dövlətə xəyanət ilə bağlı deyilənləri qəbul etmir.

Nənəsinin açıqlamasına, hələlik, DTX və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Üstəlik, deyilən vəkilin kimliyini də dəqiqləşdirmək, onun özü ilə danışmaq cəhdləri nəticə verməyib.

Bəhruz Səmədov politoloqdur. O, Praqadakı Karlov Universitetinin doktorantıdır.

Bəhruz Səmədov Qərb kütləvi informasiya vasitələri və müxtəlif analitik nəşrlərdə Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi məqalələr dərc edib. O, “OC Media” və bakuresearchinstitute.org saytının müəllifidir. Özünün müharibə əleyhinə çağırışları ilə seçilib.

AzadlıqRadiosu 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az