Hafiz Babalının həbs müddəti 1 ay, Elnarə Qasımovanın isə 2 ay uzadılıb

tərəfindən Gozetci

Hafiz Babalı və Elnarə Qasımova

“Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın istintaq dövrü üçün həbs müddəti yenə uzadılıb.

Xətai Rayon Məhkəməsində keçirilən prosesdə hakim Fuad Axundov istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatlarını təmin edib. Elnarə Qasımovanın həbs müddəti 2 ay, Hafiz Babalının isə 1 ay uzadılıb.
Bununla bərabər, istintaq müddəti də sentyabrın 20-nə qədər uzadılıb.
Jurnalistlərin həbs müddəti artıq ikinci dəfə uzadılır. Bu ilin fevralından etibarən bu iş üzrə həbs edilmiş digər media nümayəndələrinin də həbs müddətləri uzadılıb.
Son olaraq, mayın 25-də Nərgiz Absalamovanın həbs müddəti 22 gün artırılmaqla ikinci dəfə uzadılıb.
Jurnalistlərin vəkilləri bildiriblər ki, istintaq heç bir əsaslı səbəb göstərmədən bu müddətin uzadılmasını istəyib, məhkəmə də heç bir əsas olmamasına baxmayaraq, müraciəti təmin edib.
AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az