87
Nərgiz Absalamova
İyunun 11-də Bakının Xətai Rayon Məhkəməsi istintaqın “Abzas Media-nın işi” üzrə qaçaqmalçılıqda ittiham olunan jurnalist Nərgiz Absalamovanın həbs müddətinin uzadılması haqqında təqdimatını təmin edib.
Məhkəmə onun həbs müddətini 3 ay uzadıb.
Bu barədə Turan-a vəkil Şəhla Hümbətova bildirib.
“İstintaq orqanı əlavə istintaq hərəkətlərinin aparılması zərurəti olduğunu, bu dövrdə Absalamova azadlıqda olsa, onun digər şəxslərlə ünsiyyətdə olaraq istintaqa mane ola biləcəyini bildirib”, deyə vəkil qeyd edib.
Müdafiə tərəfi bu iddiaları əsassız hesab edir və apellyasiya vermək niyyətindədir.