26
AXCP-nin yerli fəalı İmran Qurbanov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda saxlanılıb.
Bu barədə Turan-a AXCP-nin Naxçıvan regional sədri Yaşar Bağırsoy bildirib.
Bu gün Qurbanov Bağırsoya zəng edərək deyib ki, onu Şərur rayon polis şöbəsinə aparırlar.
Bağırsoyun sözlərinə görə, Qurbanlı 20 ildən çoxdur ki, Türkiyədə fəhləliklə məşğuldur və ailəsilə görüşmək üçün qısa müddətə Naxçıvana gəlir.
“Mayın 18-də Şərurda yaşayan ailəsinə baş çəkmək üçün gəlmişdi. Hesab edirik ki, onun saxlanılması sosial şəbəkələrdə tənqidi çıxışlarıyla bağlıdır”, – Bağırsoy qeyd edib.
Qurbanovun saxlanılmasını Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində təsdiqləyiblər.
“Həmin şəxs saxlanılıb, barəsində araşdırma aparılır”,- Turan-a bildiriblər, ancaq araşdırmanın nəylə əlaqədar olduğunu dəqiqləşdirməyiblər.