Bərdəyə atılan raket hücumunda yaralanan sakin şikayətçidir (VİDEO)

tərəfindən Gozetci

“Gözətçi” xəbər verir ki, Bərdə sakini Elçin Şirinov pensiyasını ala bilməməsindən, ona dəyən zərər-ziyanın ödənilməməsindən şikayətçidir. O,  oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə edilən raket hücumunun qurbanlarından biridir. Hadisə zamanı raket zərbəsi onun taksi kimi idarə etdiyi avtomobilin qarşısına düşüb. Ağır bədən xəsarətləri alan Elçin Şirinovun ayağının biri ambutasiya olunub.

O, 37 gün Mingəçevir xəstəxanasında müalicə aldıqdan sonra evə buraxılıb. Elçin Şirinov bildirir ki, şiddətli ağrılar keçirdiyi üçün müalicəsini öz hesabına davam etdirməli olub. Zərbələrdən aldığı xəsarətlərə görə isə ona 130 manat pensiya kəsilib.

Elçin Şirinov məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də, şikayətləri cavabsız qalıb.

Daha ətraflı linkdə

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az