Müharibə iştirakçılarının növbəti etiraz aksiyası

tərəfindən Gozetci

Bazar ertəsi İkinci Qarabağ Müharibəsinin bir qrup iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar əlillik dərəcələrinin və pensiyaların verilməsindəki problemlərdən narazılıqlarını bildiriblər.

Aksiya iştirakçıları şikayət ediblər ki, əlilliyin tanınması prosesi yarım il uzadılır, bəzi yaralılar müvafiq müalicə ala bilmirlər.

Məhəmməd Əliyev adlı etirazçı bildirib ki, tələbədir və cəmi 88 manat alır. Onun sözlərinə görə, hər iki ayağından ağır yara alıb, ancaq ona yalnız 3-cü qrup əlillik verilib.

Nazirliyin əməkdaşı aksiya iştirakçıları ilə görüşərək onları dinləyib köməklik göstərəcəyini vəd edib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az