[:az]İlkin Rüstəmzadə: ‘Həbsxanada içmək üçün belə su yoxdur'[:]

tərəfindən Gozetci

[:az]İlkin Rüstəmzadə anası Atlas Hüseynova ilə əlaqə saxlayaraq 13 saylı cəzaçəkmə müəssisəsindəki vəziyyətlə bağlı danışıb. İlkin Rüstəmzadənin dediyinə görə, CÇM-də nə içmək üçün, nə də digər ehtiyaclara istifadə etmək üçün su yoxdur.

“Həbsxananın daxilindəki mağazada belə su bir-bir satılır. Cəzaçəkmə müəssisəsinə deyilsə də bununla bağlı tədbir görülməyib. Havanın ağır şəraitinə baxmayaraq axşam saat 10-dan hamını öz “barak”larına salırlar, içəridə isə ayaqyolunun qoxusundan oturmaq mümkün deyil”, – deyə Atlas Hüseynova bildirib.

İlkin Rüstəmzadə digər 7 NİDA-çı fəalla birgə 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdna məhrum edilib.

O Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunur.

Rüstəmzadənin müdafiəçiləri onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 3 şikayət göndərib.

Rüstəmzadə Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az