[:az]AŞPA “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edib[:]

tərəfindən Gozetci

[:az]Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edilib.

APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, bunu komitənin iclasında iştirak edən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

İslandiyalı Thorhildur Sunna Evarsdottir hesabatı hazırlamaq üçün məruzəçi təyin olunub. T. S. Evarsdottir İslandiyanın Pirat Partiyasını təmsil edir, hüquqşünas, insan haqları müdafiəçisi və jurnalistdir.

Qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü hollandiyalı Piter Omtzigt tərəfindən irəli sürülüb və məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az