[:az]Erdoğan prezident seçkilərində qələbəsini elan edib[:]

tərəfindən Gozetci

[:az]Recep Tayyip Erdoğan Türkiyədə prezident seçkilərində səslərin 50%-dən çoxunu qazanaraq, prezident seçkilərinin qalibi olduğunu elan edib. Türkiyə MSK da Erdoğanın qələbəsini elan edib.

“Qeyri-rəsmi nəticələrə görə, xalqımız ölkə prezidenti rolunu mənə, parlament çoxluğunu isə “Xalq İttifaqı”na etibar edib. Bu, böyük məsuliyyətdir”, deyə Erdoğan bildirib.

Müxalifət lideri Muharrem İnce bütün səslər sayıldıqdan sonra bəyanat verməyi vəd edir, o, mətbuat konfransı keçirəcəyinin anonsunu verib. Onun tərəfdarları etiraz aksiyası keçirmək üçün Ankarada CHP qərargahı qarşısında toplaşırlar.

Erdoğanı dəstəkləyənlər də öz növbəsində İstanbulda Taksim meydanına çıxırlar.

Səslərin sayılması davam edir. Son məlumatlara görə, Erdoğan 52,2%, ən yaxın rəqibi Muharrem İnce isə 30% səs yığıb.

Ümumilikdə bülletenlərin təxminən 98%-i sayılıb.

Elə iyunun 24-də keçirilən parlament seçkilərində Erdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (42,2%) öndə gedir.

CHP-nin (Respublikaçı Xalq Partiyası) səsləri 22,7%, kürdpərəst HDP (Xalqların Demokratik Partiyası) 11,5%, MHP (Milliyyətçi Hərəkat Partiyası) 11%, “İyi Parti” (“Yaxşı Partiya”) 10% səs alıb.

Hakim Ədalət və İnkişaf Partiyası Milliyyətçi Hərəkat Partiyası ilə ittifaq şəklində parlamentdə 293 yer alacaq. CHP İyi Parti və islampərəst “Səadət” partiyası ilə birlikdə 146 yer alıb. Kürdpərəst HDP 67 yer əldə edib.

Hər iki səsvermədə iştirak təxminən 87-88% təşkil edib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az