Bəşir Süleymanlı
İyulun 9-da Bakının Binəqədi Rayon Məhkəməsində Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı barəsində verilən həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
Xatırladaq ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bu il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Martın 14-də Binəqədi rayon Məhkəməsi Bəşir Süleymanlı barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Bəşir Süleymanlı ona qarşı sürülən ittihamları rədd edir.