Osman Nərimanoğlu həbsxanada aclıq elan edib

tərəfindən Gozetci

Osman Nərimanoğlu

Həbs cəzası çəkən demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu noyabrın 19-da Şəki penitensiar kompleksində aclıq elan edib. O, cinayət təqibinə və Azərbaycan baş prokurorunun onun şikayətlərinə məhəl qoymamasına etiraz edir, bu barədə Nərimanoğlunun həyat yoldaşı Arzu Rzayeva bildirib.

Onun sözlərinə görə, Nərimanoğlu aclıq elan etdikdən sonra karserə salınıb. O, onsuz da bir çox xəstəliklərdən əziyyət çəkən həyat yoldaşının aclıq etməsi ilə əlaqədar onun sağlamlığı ilə bağlı narahatlığını bildirib.

* Osman Nərimanoğlu pul tələb etmə ittihamı ilə həbs olunub. O, həbs edildikdən sonra ona qarşı ittihamların yalan olduğunu və saytda korrupsiya əməlləri haqqında materiallar dərc edilən Meliorasiya İdarəsinin məmurlarının, həmçinin Goranboy və Göygöl rayonlarının həkimlərinin ona böhtan atdığını bildirib.

25 yanvar 2024-cü il tarixində məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib, mayın 17-də Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb, noyabrın 6-da isə Ali Məhkəmə hökmü təsdiq edib. Hüquq müddafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıblar.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az