5
Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində meclis.info platformasının rəhbəri İmran Əliyevin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə əlaqədar vəsatətin Xətai rayon Məhkəməsində təmin olunmaması ilə bağlı qərardan şikayətə baxılıb. Apellyasiya məhkəməsi vəsatəti təmin etməyib. Xətai rayon Məhkəməsi bundan əvvəl onu ev dustaqlığına buraxmaqdan imtina etmişdi.
Noyabrın 18-də Xətai rayon Məhkəməsində İmran Əliyevin həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi vəsatət isə təmin edilib. Yaxınlarının sözlərinə görə, məhkəmə İmran Əliyevin həbs müddətini daha 3 ay uzadıb.
Onlar habelə qeyd ediblər ki, o, məhkəməyə gətirilərkən halsız olduğunu, səhhətində problem yarandığını bildirib:
“O, 15 kilo arıqladığını və belindəki kəskin ağrılara görə yeriməkdə çətinlik çəkdiyini ifadə edib”.
Yaxınlarının vurğulamasına görə, İmran Əliyev müayinə və müalicə edilmədiyini deyir.
Hələlik, bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
meclis.info platformasının rəhbəri İmran Əliyev bu il aprelin 18-də həbs olunub. O, qaçaqmalçılıqda ittiham edilir. Amma ittihamı qəbul etmir. Onun həbs müddəti buna qədər bir neçə dəfə uzadılıb.
AzadlıqRadiosu