Avqustun 27-də Bakı Apellyasiya Məhkəməsində politoloq Bəhruz Səmədovun həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Şikayət təmin edilməyib.
Bu barədə AzadlıqRadiosuna Bəhruz Səmədovun yaxınları məlumat verib. Onların sözlərinə görə, Bəhruz Səmədov özünü ona verilmiş ittiham üzrə təqsirli bilməyib.
“O, həmçinin qeyd etdi ki, saxladığı təcridxanada ona kitab verilmir, saxlandığı otaqda isə televizor yoxdur. B.Səmədovun sözlərinə görə, müəyyən saatlarda əyləşməyə icazə vermirlər və yalnız nənəsi ilə telefonla əlaqə saxlamağa icazə verilir”, — deyə yaxınları deyiblər.
Bəruz Səmədovun məhkəmədə dediklərinə, hələlik, Dövlət Təhlükəsizlik Xidməti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Avqustun 23-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs edilən Bəhruz Səmədov dövlətə xəyanətdə şübhəli sayılır.
AzadlıqRadiosu