Məhəmməd Kekalova da 7 maddəlik yeni ittiham elan edilib

tərəfindən Gozetci

Məhəmməd Kekalov

Avqustun 16-da “Abzas Media işi” üzrə həbs olunan Məhəmməd Kekalova qarşı da yeni 7 ağır maddə ilə ittiham irəli sürüldüyü məlum olub.

“Abzas Media”ya bu barədə Kekalovun yaxınları məlumat verib.
Bildirilib ki, “Abzas Media” müstəqil media orqanının direktor müavini, ictimai fəal Məhəmməd Kekalova qarşı da Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb.
Xatırladaq ki, bundan əvvəl “Abzas Media işi” üzrə həbs edilən jurnalist Nərgiz Absalamovaya və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az