DAS jurnalistlərin azadlığa buraxılmasını tələb edir

tərəfindən Gozetci

26 mart 2024-cü ildə “Demokratik Azərbaycanı Seç” (DAS) mühacir təşkilatının fəalları Berlində Almaniya Xarici İşlər Nazirliyinin və Azərbaycan səfirliyinin qarşısına toplaşaraq mitinq təşkil ediblər. Onların şüarı Azərbaycanda “Jurnalist terroruna son!” olub.

Aksiya iştirakçıları Azərbaycanda söz azadlığına qarşı repressiyanı pisləyiblər və ölkədə ağır vəziyyətin aradan qaldırılmasına yönəlmiş bir sıra tələblər irəli sürüblər. Bu tələblər Almaniya Xarici İşlər Nazirliyinə təqdim edilib:

– Saxlanılan bütün jurnalistlər sərbəst buraxılsın;

– Siyasi sifarişli həbslər zamanı işgəncə tətbiq edən polis və istintaq əməkdaşları müəyyəmləşdirilib istintaqa cəlb edilsinlər;

– Bütün növ siyasi təqiblərə son qoyulsun;

– Müraciətdə qeyd olunan məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına yardım edilsin;

– Siyasi məhbusların azad edilməsi üçün Azərbaycan hakimiyyətilə ciddi danışıqlar aparılsın;

– Ölkədə demokratik prinsiplərin bərqərar olunması üçün Azərbaycan siyasi hakimiyyətinə təzyiqlər edilsin.

DAS-ın əsas təşkilatçısı Elbəyi Dadaşov qeyd edib ki, çıxışlar zamanı “AbzasMedia”, “Kanal 13”, “Toplum”TV media strukturlarının bağlanması, onların əməkdaşlarının, eləcə də digər media fəallarının həbsləri pislənilib.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az