54
Martın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə müstəqil internet televiziyası olan “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Hər iki ictimai fiqura qarşı martın 8-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham elan olunub.
Xatırlatma
Martın 6-da isə polis “Toplum TV” müstəqil internet televiziyasının və III Respublika Platformasının ofisində əməliyyat aparıb.
Ümumilikdə ondan çox şəxs saxlanılıb. Onlardan Akif Qurbanov, Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi açılıb.
Martın 8-də Akif Qurbanov, Müşfiq Cabbarov, Əli Zeynal, Ramil Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Elmir Abbasov və Fərid İsmayılov polis nəzarətində sərbəst buraxılıb.
AbzasMedia