Jurnalistə də 4 ay həbs
Martın 8-də Toplum TV-nin əməkdaşı, jurnalist Müşfiq Cabbar barəsində də Xətai Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu ara hüquqşünas Ələsgər Məmmədlinin evində axtarış bitib. Yaxınlarının bildirməsinə görə, mənzildən onlara məxsus olmayan 60 min avro pul tapıldığı iddia edilib.
Ailə üzvləri pulun onlara məxsus olmadığını, mənzilə əməliyyatçıların qoya biləcəklərini vurğulayırlar.
Bu açıqlamaya, hələlik, əməliyyatı keçirən Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
* * *
Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı hakim önünə çıxarılıb
Saxlananlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal da martın 8-də Xətai Rayon Məhkəməsində hakim önünə çıxarılıb.
O, da qaçaqmalçılıqda şübhəli sayılır və ittihamı qəbul etmir. Amma məhkəmə onun haqqında da 4 aylıq həbs qəti imkan tədbiri seçib.
Müdafiə tərəfi qərardan apellyasiya şikayəti veriləcəyini açıqlayıb.
* * *
Akif Qurbanov və digərlərinə 4 ay həbs
Martın 8-də III Respublika Platformasının spikeri Akif Qurbanov və digər saxlanılanlardan İlkin Əmrahov da Xətai Rayon Məhkəməsinə gətiriliblər. Onlar haqqında da 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
* * *
Ramil Babayevə 4 ay həbs
Bu gün, martın 8-də Xətai rayon Məhkəməsində Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
AzadlıqRadiosu