Müşahidəçilər onların seçki məntəqələrindən çıxarılmasından şikayətlənirlər

tərəfindən Gozetci

Bəzi müşahidəçilər onların seçki məntəqələrindən çıxarıldığını bildiriblər.

Belə ki, müşahidəçi Cavid Nəbiyev bildirib ki, onu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13-cü məntəqəsindən çıxarıblar.

Nəbiyevin sözlərinə görə, o, sadəcə, seçki prosesini müşahidə edib və heç bir pozuntu törətməyib. Lakin məntəqə seçki komissiyasında ona qarşı protokol tərtib edilib və o, məntəqədən çıxarılıb.

Analoji hadisə eyni dairənin 1-ci məntəqəsində də qeydə alınıb.

Orada müşahidəçini polisin vasitəsilə məntəqədən çıxarıblar.

23 saylı dairə seçki komissiyasında Turan-a bildiriblər ki, müşahidəçilər “seçki prosesinə maneələr yaratdıqlarına” görə çıxarılıblar.

Həmçinin bildirilir ki, 23 saylı dairənin 2-ci məntəqəsində bəzi seçicilərə əvvəlcədən küncləri kəsilmiş bülletenlər verilib.

Dairə komissiyasında bu məlumatı da təkzib ediblər.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az