Prezident seçkilərilərini işıqlandırmaq istəyən jurnalistlərə çətinlik yaradıldığı bildirilir

tərəfindən Gozetci

Jurnalistlərə Media Reyestrində qeydiyyatlarının olmadığını əsas gətirərək çəkilişə imkan verilmədiyi deyilir

Azərbaycanda fevralın 7-də bəzi seçki məntəqələrində prezident seçkilərilərini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə çətinlik yaradıldığı bildirilir.

Turan agentliyinin məlumatına görə, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 19-cu seçki məntəqəsində jurnalistlərin Media Reyestrində qeydiyyatlarının olmadığını əsas gətirərək çəkilişə imkan verilməyib.

Eyni zamanda 29 saylı Sabunçu 4-cü seçki dairəsinin 19 saylı seçki məntəqəsində jurnalistlərin fəaliyyətinə maneəçilik yaradıldığı bildirilir.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından Turana bildirilib ki, jurnalistlərə seçki gedişatını izləmək üçün Media Reyestrində qeydiyyat tələb edilmir: “Mərkəzi Seçki Komissiyası dəfələrlə bəyan edib ki, media seçkilərdə azad və sərbəst fəaliyyət göstərir. Jurnalistlər öz press vəsiqəsini təqdim edərək sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Bəzən jurnalistlər vəsiqəni təqdim etmirlər deyə onların kim olduğunu bilmirlər deyə anlaşılmazlıq yaranır”.

MSK qeyd olunan halların araşdırılacağını bildirib.

Bundan əlavə Medianın İnkişafı Agentliyinin məlumatında qeyd edilib ki, jurnalistlərin seçki məntəqələrində informasiya əldə etmək hüquqları heç bir halda məhdudlaşdırılmır.

“Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır”, məlumatda qeyd edilib.

Həmçinin fevralın 7-də keçirilən Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərir.

Mətbuat Şurasının sədri Rəşaf Məcid Amerikanın Səsinə bildirib ki, şuraya yalnız bir nəfər jurnalist müraciət edib.

“Amma mən özüm 35 saylı 3-cü Xətai seçki dairəsinin 6 saylı məntəqəsində müşahidə apardım. Jurnalistlərdən prosesi soruşdum. Jurnalistlərə qarşı heç bir problemlə qarşılaşmadım. İndi ola bilər ki, ayrı-ayrı hallarda jurnalistdən soruşurlar ki, hansı medianı təmsil edir, vəsiqə tələb edirlər. Media reyestrinin olmasını da soruşa bilərlər. Hesab edirəm ki, bunlar çox cüzi elementlərdir. Jurnalistlər üçün bütün şərait yaradılıb. Mən də, Mətbaut Şurasınıən İdarə Heyətinin digər üzvləri də müxtəlif məntəqələrdə oluruq. Mənə elə gəlir ki, bu sadəcə olaraq bəzilərinin cığallığıdır. Jurnalistlər üçün çox yaxşı şərait yaradılıb”, o deyib.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az