İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının sədri, hazırda həbsdə olan Afiəddin Məmmədovun işi üzrə istintaq bitib və ittiham olunduğu maddələr ağırlaşdırılıb.
Bu barədə vəkili Zibydə Sadıqova məlumat verib.
Onun sözlərinə görə, Afiəddin Məmmədov artıq Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) və 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.