Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini “Kanal 13” televiziyasının rəhbərini azad etməyə çağırıb

tərəfindən Gozetci

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini “Kanal 13” İnternet televiziyasının direktoru Əziz Orucovu həbsdən azad etməyə və qanunsuz tikinti ittihamını ləğv etməyə, habelə müstəqil KİV-lərin hüquqi təqibinə son qoymağa çağırıb.

“Ötən həftə “Abzas Media” antikorrupsiya nəşrinin üç jurnalist və əməkdaşının həbsindən sonra Azərbaycan hakimiyyəti, görünür, Əziz Orucovu həbs etməklə daha bir tənqidi onlayn xəbər platformasını hədəfə alıb”,- Komitənin Avropadakı nümayəndəsi və Mərkəzi Asiya üzrə proqramların koordinatoru Gülnoza Səid bildirib. “Azərbaycan hakimiyyəti Orucovu azad etməli, ittihamları ləğv etməli və müstəqil mətbuata qarşı repressiyalara son qoymalıdır”, – deyib.

Bu, Orucovun həbsxanaya düşməsilə bağlı ilk hadisə deyil. 2017-ci ildə hakimiyyət onu qanunsuz sahibkarlıq və səlahiyyətlərindən sui-istifadə ittihamı ilə altı il həbs cəzasına məhkum etdi ki, bu da bir çoxları tərəfindən jurnalist fəaliyyətinə görə qisas kimi qiymətləndirildi. 2018-ci ildə şərti olaraq vaxtından əvvəl sərbəst buraxıldı.

Komitə vəziyyətin şərh edilməsi xahişilə Bakı Şəhər Baş Polis İdarəsinə və Azərbaycan Daxili İşlər Nazirliyinə elektron məktub göndərsə də, heç bir cavab almayıb.

Xatırlatma

Əziz Orucov noyabrın 27-də axşam saxlanılıb. O, torpaq sahəsinə mülkiyyət və istifadə hüququ olmadan icazəsiz ev tikməkdə ittiham olunur. Noyabrın 28-də məhkəmə onu 2 ay müddətinə həbs edib. Günahı sübuta yetirilərsə, onu 3 ilədək həbs təhlükəsi gözləyir.

Turan 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az