Jurnalistlər Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb

tərəfindən Gozetci

Mina Əlyarlı və Elnarə Qasımova

Onların şahid qismində dindiriləcəyi gözlənilir

Jurnalistlər Mina Əlyarlı və Elnarə Qasımova Abzas Media-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinəə çağırılıb.

Eyni işlə bağlı bu gün jurnalistlər Sahilə Aslanova və Nərgiz Absalamova da BŞBPİ-yə çağırılmışdılar.
Xatırladaq ki, noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Abzas Media-nın direktoru Ülvi Həsənliyə 4 ay, baş redaktoru Sevinc Vaqifqızına isə 3 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri verilib. Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Ülvi Həsənli və Sevinc Vaqifqızı ittihamları qəbul etmir, həbslərinin korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirir.
Bu gün Abzas Media-nın direktor müavini Məhəmməd Kekalov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 27 gün həbs qətimkan tədbiri seçilib.
O da Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az