Amnesty International Ülvi Həsənlinin saxlanılması ilə bağlı ciddi narahatlığını ifadə edib

tərəfindən Gozetci

Amnesty International-ın Cənubi Qafqaz üzrə nümayəndəsi Natalya Nozadze Azərbaycanın “Abzas Media” İnternet nəşrinin direktoru Ülvi Həsənlinin saxlanılmasını, onun mənzilində və ofisində axtarış aparılmasını şərh edərkən deyib:

“Ülvi Həsənli Azərbaycan hakimiyyətinin ən yüksək eşelonlarında korrupsiyanı cəsarətlə ifşa edirdi və ictimai maraq doğuran tənqidi məsələləri işıqlandırırdı. Ülvinin döyülməsi və həbsdə amansız rəftara məruz qalması barədə xəbərlərdən çox narahatıq. Azərbaycan hakimiyyəti onun hüquqi statusunu dərhal açıqlamalı və vəkilin dərhal onun yanına buraxılmasını təmin etməlidir.

Ülvi Həsənlinin həbsi hakimiyyət tənqidçilərinin həbs sisteminə daxildir. Ona qarşı ittihamlar sübutlarla təsdiqlənməsə, dərhal sərbəst buraxılmalıdır”, – o deyib.

* 2010-cu ilin sonlarından Həsənli  NİDA Vətəndaş İttifaqının fəalı olub və dəfələrlə hakimiyyətin təqibinə məruz qalıb. 2018-ci ildə hərbi xidmətə çağırılıb və səhhətinin pis olmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasına göndərilib. 2021-ci ildə araşdırmaçı- jurnalist işinə  görə qısa müddətə saxlanılıb.

2022-ci ildə bütün KİV-i bağlanmaq təhlükəsi altına alaraq medianın dövlət reyestrində qeydiyyatdan keçməyə məcbur edən qanundan şikayət edən üç jurnalistdən olub. Həmçinin 2023-cü ilin iyununda Söyüdlü kəndində etirazlar haqda bildirib. Həmin hadisələr zamanı  Azərbaycan polisi Həsənli də daxil olmaqla, ən azı altı jurnalisti saxlayıb, döyüb, təhdid edib və ya işinə mane olub.

Ülvi Həsənlının saxlanması Azərbaycanda yüksək səviyyədə korrupsiyanı ifşa etdiyinə görə 23 iyul 2023-cü ildə uydurma ittihamlarla saxlanılan iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra baş verib.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az