İctimai xadimlər koalisiyası Qubad İbadoğlunun azad edilməsinin tələb edirlər

tərəfindən Gozetci

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunarkən bir qrup ictimai xadimlərin kollektivi tanınmış iqtisadçı- professor Qubad İbadoğlunun azad edilməsi tələbilə fleşmob təşkil edib.

İctimai xadimlər əllərində iqtisadçı- professor Qubad İbadoğlunun fotolarını tutublar.

Onlar iqtisadçı professorun azadlığını tələb edirlər.

İctimai xadimlərin Amerikanın Səsinə verdiyi məlumata görə, iqtisadçı alimin həbsdə qalmasının heç bir əsası yoxdur və onun həbsi siyasi sifarişdir.

Bundan əlavə noyabrın 17-də Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova onunla Bakı İstintaq Təcridxanasında görüşüb.

“Oturacaqdan çox asta durdu və bir müddət belini tutub, əyri vəziyyətdə qaldı. Sonra yavaş-yavaş qamətini düzəltdi,”vəkil bildirib.

Onun sözlərinə görə, noyabrın 17-də növbəti dəfə Tibb Baş İdarəsindən cavab gəldi ki, Qubad İbadoğlunun fizioterapiyaya ehtiyacı yoxdur.

“Nə həkim baxır, nə müalicə yazılır, nə də xahişlərimiz nəzərə alınır”deyə o əlavə edib.

Bununla bağlı Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi noyabrın 16-sı Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbs müddətinin daha üç ay uzadılması ilə bağlı qərar qəbul edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu bu ilin iyul ayında həbs edilib. Onu ittihamlar üzrə 17 ilədək həbs cəzası gözləyir.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Avropa Parlamenti sentyabr ayında qəbul etdiyi qətnaməsində Qubad İbadoğlunun dərhal azad edilməsinə, Azərbaycanda insan hüquqlarını pozan məmurlara qarşı sanksiya tətbiq edilməsinə çağırıb.

Amerikanın Səsi 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az