Senator Durbin Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını istəyir

tərəfindən Gozetci

Dick Durbin

Daha bir amerikalı senator – Dick Durbin (Dik Durbin) Qubad İbadoğlu və Bəxtiyar Hacıyevlə bağlı çağırış edib.

Bu barədə senator “X” (keçmiş tvitter) səhifəsində məlumat paylaşıb.

Prezident Əliyev hökuməti tərəfindən haqsız yerə həbs edilən siyasi məhbuslar Qubad İbadoğlu və Bəxtiyar Hacıyevi də unutmaq olmaz. Onlar dərhal azad edilməlidir“, – deyə senator qeyd edib.

Dick Durbin sayca 4-cü ABŞ senatorudur ki, Qubad İbadoğlunun həbsinə etiraz edir.

Bundan əvvəl isə amerikalı senatorlar – Bob Menendez, Ben Karden və Marco Rubio hakimiyyəti həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxmağa çağırmışdı.

Xatırlatma

Hacıyev ötən ilin dekabrında “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” şübhəsilə həbs edilib, İbadoğlu isə ötən ay “saxta pul” ittihamı ilə saxlanılıb. Onların özləri və tərəfdarları bu ittihamları qəbul etmirlər. Bu yaxınlarda həbsxanada hər ikisinə qarşı yeni ittihamlar irəli sürülüb.

Qeyd edək ki, bundan öncə ABŞ senatorları və konqresmenlər Menendes, Smit, Kardin və Rubio, eləcə də ABŞ Dövlət Departamenti Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin azad edilməsinə çağırıblar.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az